Sosial

Rənglərin su ilə rəqsindən yaranan ahəng - FOTO

14 Yanvar, 2019
1699
Ebru sənəti rənglərin su ilə rəqsindən yaranan bir ahəngdir. 

"Ebru” çağatay dilində "ebre-dalğavar”, farsca " ebri-bulud və suyun üzü”, ərəbcə isə " abru-üz üçün su” mənalarını verir. Ebrunun dəqiq harada yarandığını demək çətindir və bunu təsdiqləyən dəqiq məlumat yoxdur. 
 

Mülahizələrə görə, Ebru Hindistanda yaranıb, daha sonra İranda tətbiq edilib. Ordan da osmanlılara keçib. Müasir dövrdə Ebrunun vətəni Türkiyə hesab edilir.

Azərbaycanda Ebru sənəti ilə məşğul olan azsaylı sənətkarlardan biri Vüsal Qaraqaşlıdır. 
 

O, Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. Deyir ki, bu sənəti dünyaca məşhur ebru sənətçisi Hikmət Barutçugildən öyrənib. 

Rəssamlığa uşaqlıqdan başlayıb, sonra Mədəniyyət və İncəsənət Universitetini qrafika ixtisası üzrə bitirib. Daha sonra İstanbulda Mimar Sinan Universitetinin Nəqqaşlıq sənəti ixtisasından magistr dərəcəsi alıb: "İstanbula getdiyim ilk illərdə təhzib, xəttatlıq və ebru sənətlərini müəllimlərim Mustafa Çelebi, Ali Hüsrevoğlu və Hikmet Barutçugildən almışam”.

"Bu sənətə eksperimentlərdən gəldiyimi düşünürəm…”

O, bu sənətlə iki il həvəskar şəkildə məşğul olduğunu deyir: "Təhsil alarkən müəyyən eksperimentlər edirdim. Eksperiment etməyi sevirəm. Rənglərin qarışımını, müxtəlif texnikaları bəyənirəm. Ebru texnikasını tanımadan öncə boyalarla eksperiment aparırdım, amma təbii ki, ebruda olduğu kimi alınmırdı. Artıq 10 ildir ki, Azərbaycanda bu sənətlə məşğulam”.
 

Ebrunu digər sənət növlərindən fərqləndirən cəhətlərdən də biri bütün ləvazimatların təbii materialdan hazırlanmasıdır. Vüsal Qaraqaşlı ebru sənətinin qatılaşdırılmış su məhlulu üzərində icra olduğunu deyir: "Klassik ebruda bütün ləvazimatlar təbii materiallardır. Fırçalar at quyruğundan, boyalar təbiətdən alınmış oksidləşmiş boyalar, müxtəlif piqmentlərdən və onlara əlavə edilmiş öddən ibarədir. Bundan başqa, təknədəki qatılaşdırılmış su xüsusi təbii tozdan istifadə edərək hazırlanır. Boyalar həmin suyun üzərinə fırça vasitəsilə səpilir. Bundan başqa, biz vasitəsilə suda yaranmış boyalara şəkil verilir. Ən sonda üzərinə kağız yerləşdirilərək, sudan kağıza keçirilir. Ebrunun müxtəlif növləri var: battal, bülbül yuvası, səpmə, gəl-get, daraqlı, şal, dalğalı və s”.

Sənətkarın dediyə görə, ebrunun digərlərindən əsas fərqi çox qısa vaxtda anlıq duyğuları su üzərində ifadə edə bilməkdir: "Ebruda əsas rolu insan daxilindən yaranan müsbət hisslər və fantaziyalar oynayır. Ebruya insan müsbət hisslərlə yanaşmalıdır. Bu sənət insanın əhvalını əks etdirir. Ebrunun alınması üçün əhvalımızı daim canlı tutmalı, mənfi düşünlərdən uzaq olmalıyıq”.

"Ebru təkrarsız sənətdir...”
 

Vüsal Qaraqaşlı ebru nümunəsinin təkrarının çəkilə bilmədiyini vurğulayır: "Ebruda təkrar olmur. Suyun üzərində işləyirik, biz, fırça ilə səpilən boyaların eyni yerə düşmə ehtimalı yoxdur. Su insanın cüzi bir hərəkətini hiss edir. Təbii ki, insanın hər anı təkrarsızdır, suya ötürülən impuls bir daha təkrar olunmur”.

"İncəsənətdə əsas amil özünü ifadə etmək istəyi və həyəcanı yaxalamaqdır…”

Sənətkarın dediyinə görə Ebru ilə məşğul olmaq üçün başlıca amil  özünü ifadə etmək istəyidir: "İncəsənətdə əsas amil özünü ifadə etmə istəyidir. Gerisi sizin hədəflərinizə bağlıdır. Məsələn, rəsm çəkmək üçün əlinə qələm və ya fırça alıb nəsə çəkməklə  dərhal özünü bir şəkildə ifadə edə bilərsiz. Amma zamanla texnikanın inkişaf etdirilməsi rəssama özünü  ifadə etmək üçün yeni imkanlar tanıyır. Yəni ebru ilə məşğul olmaq üçün həm təhsil, həm də qabiliyyət lazımdır. Amma ən önəmlisi istək və əhvalı yaxalamaqdır”.

"İnsanları ebru ilə əyani şəkildə tanış etmək lazımdır”

Vüsal Qaraqaşlı Azərbaycanda ebruya marağın az olduğunu düşünür: "Bütün sahələrdə olduğu kimi ebru sənətinin də inkişaf etdirilməsində sənətçilərimizə həm mənəvi , həm də maddi dəstək göstərmək  zəruridir. Çünki incəsənət elə bir sahədir ki, maddi və  mənəvi dəstək  onun inkişafında olduqca vacib amildir. İnsanlarda ebruya marağı artırmaq üçün ilk öncə onlara belə bir sənət sahəsinin olduğunu bildirmək, onları ebru ilə əyani şəkildə tanış etmək lazımdır”.

Lalə Tağızadə
Toplum.tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo