11:03, 25 İyun 2019 (Çərşənbə axşamı) 88

Örl Litsenberqer: "Nazirlərin yeni görüş barədə razılığa gəlməsi bizi sevindirir"

Örl Litsenberqer:
"Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarının ABŞ-da keçirilməsindən razı qaldıq".

"Report" xəbər verir ki, bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Örl Litsenberqer deyib.

Onun sözlərinə görə, görüşün məqsədi sülh danışıqları yolu ilə nizamlama üzrə danışıqların davam etdirilməsinin dəstəklənməsi olub: "Nazirlərin Dağlıq Qarabağla bağlı yeni görüş keçirilməsi barədə razılığa gəlməsi bizi sevindirir".

Qeyd edək ki, Azərbaycan və Ermənistan XİN başçılarının son görüşü bu il iyunun 20-də Vaşinqtonda keçirilib.