17:34, 16 May 2019 (Cümə axşamı) 13

Roza Cəlilova “Şöhrət” ordeni ilə təltif edilib

Roza Cəlilova “Şöhrət” ordeni ilə təltif edilib
Prezident İlham Əliyev "Xalq artisti" Roza Cəlilovanın "Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Bu baradə Prezident.az saytından məlumat verilib.

Məlumatda deyilir ki, Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini əsasən Azərbaycan rəqs sənətinin inkişafı və təbliğindəki xidmətlərinə görə Roza İsmayıl qızı Cəlilova "Şöhrət” ordeni ilə təltif edilib.

Roza Cəlilova rəqqasə, xoreoqraf-baletmeysterdir. Hal-hazirda pedaqoji fəaliyyətə keçərək Milli Konservatoriyanin nəzdindəki Gimnaziyada tələbələrə xoreoqrafiya sahəsi üzrə dərs deyir.