19:23, 18 Fevral 2020 (Çərşənbə axşamı) 55

Rüfət Səfərovun saxlanıldığı bildirilir

Rüfət Səfərovun saxlanıldığı bildirilir
Eldar Sabiroğlu: "Hara aparıldığı bilinmir”

Keçmiş müstəntiq Rüfət Səfərov fevralın 18-də yaşadığı binanın qarşısında saxlanılıb.

Məlumatı Rüfət Səfərovun atası Eldar Sabiroğlu yayıb.

Məlumata görə Rüfət Səfərov çevik polis alayının əməkdaşları tərəfindən saxlanılıb. Eldar Sabiroğlu oğlunun hara aparıldığını bilmir.

Rüfət Səfərovun vəkili Bəhruz Bayramov Meydan TV-yə Rüfət Səfərovun saxlanıldığı zaman bacısı oğlunun yanında olduğunu, ancaq onu aparan maşının nömrəsini yadında saxlamadığını deyib.

O, DİN-in "qaynar xətti”ni məlumatlandırdıqlarını qeyd edib.

2016-ci ilin əvvəlində isə Rüfət Səfərov rüşvət almaq ittihamı ilə həbs olunub. Rüfət Səfərov 2016-cı ilin sentyabrında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. Rüfət Səfərov 2019-cu ildə əfv fərmanı ilə azad olunub.