16:30, 01 Oktyabr 2019 (Çərşənbə axşamı) 923

Ruhaninin qardaşı rüşvətxorluqda təqsirli bilinərək həbs edilib

Ruhaninin qardaşı  rüşvətxorluqda təqsirli bilinərək həbs edilib


/ DÜNYA
İran Prezidenti Həsən Ruhaninin qardaşı korrupsiya və rüşvətxorluqda təqsirli bilinərək beş il həbsə məhkum edilib.

Bu barədə Azadlıq Radiosu xəbər verib.

Ədliyyənin sözçüsü Qulamhüseyn İsmailli oktyabrın 1-də jurnalistlərə deyib ki, Hüseyn Fereydonun başqa bir iş üzrə əlavə ittihamlarla üzləşə bilər.

"Fereydonun banklarda, iqtisadiyyatın digər sektorlarında böyük məbləğdə rüşvət verən müəyyən şəxslərə pul verdiyi iddia olunur”.

İki il öncə 46-dan çox deputat Ruhaninin qardaşını "maliyyə korrupsiyası ittihamları” ilə üzləşməkdən ötrü məhkəməyə təqdim etməyə çağırırdı.

Həmin tələb o zaman Ruhaninin rəqiblərinin bəyanatları ilə üst-üstə düşürdü. Onlar prezidentin "gözü-qulağı” olan Fereydonu korrupsiyada ittiham edirdilər.