21:38, 09 Avqust 2019 (Cümə) 37

Rusiya aksiyalarının təşkilində alman media qurumunu günahlandırıb

Rusiya aksiyalarının təşkilində alman media qurumunu günahlandırıb


/ DÜNYA
Rusiya alman beynəlxalq media qurumu "Deutsche Welle”-ni (DW) Muskovitləri "icazəsiz kütləvi nümayişlərdə" iştirak etməyə çağıraraq ölkədə iğtişaşları təbliğ etməkdə ittiham edib.

Bu barədə  Azadlıq Radiosu xəbər verir.

Xəbərə görə, Almaniyanın Moskvadakı səfirliyinin rəsmisi Beate Grzeski avqustun 8-də Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və bildirilib ki, belə çağırışlar təkrar baş verərsə, Moskva "Deutsche Welle”-nin Rusiya qanunlarına görə məsuliyyətə cəlb etmək hüququnu özündə saxlayır.

Nazirliyin açıqlamasında qeyd edilir ki, etirazlara çağırış DW-nin rusdilli sosial media kanallarında edilib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova ilk dəfə bu haqda avqustun 4-də Rusiya dövlət televiziyasında çıxış edib.

Alman media qurumu ittihamları rədd edib və qeyd edib ki, Moskvanın açıqlaması dəlillərə əsaslanmır.

"DW ittihamları rədd edir və bunun müxbir Sergey Dikin həbsi ilə əlaqəli olduğuna inanır," - DW deyib. Dik iyulun 27-də Moskvada müxalifət mitinqini işıqlandırarkən saxlanıb. O, elə həmin gün sərbəst buraxılıb.