12:23, 10 İyun 2019 (Bazar ertəsi) 50

Rusiya-Azərbaycan sərhədinin demarkasiyası üzrə görüş keçiriləcək

Rusiya-Azərbaycan sərhədinin demarkasiyası üzrə görüş keçiriləcək
"Rusiya-Azərbaycan sərhədinin demarkasiyası üzrə işçi qrupunun növbəti iclası gələn həftə Bakıda keçiriləcək".

Bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Rusiya-Azərbaycan sərhədinin delimitasiyası tamamlanıb, demarkasiya prosesi dostluq şəraitində davam etdirilir.

"Bu, ölkələri ayırmaq yox, birləşdirmək məsələsidir", - səfir deyib.