18:37, 22 Avqust 2019 (Cümə axşamı) 51

Rusiya fəalı üçüncü dəfə həbs edib

Rusiya fəalı üçüncü dəfə həbs edib


/ DÜNYA
Moskva Dumasına 8 sentyabr seçkisinə namizəd kimi qeydiyyata alınmağa çalışan fəal, 15 günlük cəzasını bitirən kimi üçüncü dəfə həbs olunub.

Bu barədə Azadliq Radiosu xəbər verib.

Avqustun 22-də Moskva məhkəməsi Yulia Galyaminanı icazəsiz yürüşün təşkilinə görə 10 günlük həbsə məhkum edib.

Galyamina məhkəmənin qərarını siyasi motivli adlandırıb.

O, 3 avqust aksiyasında iştiraka görə 15 günlük həbs cəzası tamamlanan kimi yenidən saxlanıb. Daha öncə isə 27 iyul aksiyasında iştiraka görə 10 günlük həbsə məhkum olunmuşdu.

Galyamina ilə yanaşı bir çox müxalifət və müstəqil namizədlər seçki komissiyalarının onları qeydiyyata almamasına etiraz edirlər.

Seçki rəsmiləri bu namizədlərin gərəkən sayda imza toplaya bilmədiyini iddia edir. Hakimiyyət imzaları ya etibarsız, ya saxta sayıb, potensial namizədlər isə iddianı rədd edib.