11:28, 06 Sentyabr 2019 (Cümə) 98

Rusiya polisi seçki öncəsi Navalninin ofisində reyd keçirib

Rusiya polisi seçki öncəsi  Navalninin ofisində reyd keçirib


/ DÜNYA
Sentyabrın 5-də Rusiyanın güc strukturları Kremlin tənqidçisi Aleksei Navalninin Antikorrupsiya Fondunda, "Navalny Live” televiziya studiyasında, Moskvadakı siyasi qərargahında reyd keçiriblər.

Azadlıq Radiosu xəbər verib ki, məlumatı Navalninin özü sosial mediada paylaşıb.

Üç nəfərin polis məntəqəsinə aparıldığı, daha sonra heç bir açıqlama vermədən buraxıldığı bildirilir.

Milli qvardiyaçılar Navalninin siyasi qərargahına girəndə, orada seçki müşahidəsi üzrə mühazirə oxunurmuş. TV studiyasında isə Navalni canlı efirdə "smart səsvermə” barədə danışacaqmış.

Bu reydlər Moskvada Duma seçkilərindən üç gün öncə keçirilib. Seçkiyə müstəqil və müxalifət namizədlərinin buraxılmaması Rusiyada etirazlara səbəb olub.