13:20, 10 İyun 2019 (Bazar ertəsi) 53

Rusiya səfiri: "Fuad Abbasovun hansı KİV-i təmsil etdiyini hələ də bilmirəm"

Rusiya səfiri:
"Fuad Abbasovla bağlı məsələnin təfərrütına varmıram, amma Azərbaycan mediasının bu barədə yazdıqlarını çox oxuyuram”.

"Report.az" xəbər verir ki, bunu mətbuat konfransı zamanı Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bildirib.

"Vətəndaş Fuad Abbasovun məhz hansı KİV-i təmsil etdiyini hələ də bilmirəm. Məsələ onun peşəsində yox, başqa ölkənin vətəndaşı olmasındadır. Bizə müraciətlər gəlməyə başlayanda məsələ ilə maraqlandıq. Əlimizdə Ximki məhkəməsinin qətnaməsi var. Bu qətnaməyə əsasən Fuad Abbasov Rusiya Federasiyası ərazisini 15 gün ərzində tərk etməyib və ölkə ərazisində qalmaq müddətinin uzadılması üçün ərizə verməyib”, – səfir deyib.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin təqdimatı əsasında Ximki Şəhər Məhkəməsi Fuad Abbasovun 50 il müddətində Rusiya ərazisinə girişinin qadağan edilməsi ilə bağlı qərar çıxarıb.