15:55, 10 İyul 2019 (Çərşənbə) 96

Rusiya və NATO Bakıda görüşəcək

Rusiya və NATO Bakıda görüşəcək


/ DÜNYA
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov iyulun 10-da Bakıya işgüzar səfərə gəlib. 

Amerikanın Səsi xəbər verib ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, o Bakıda NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı Tod Uolters ilə görüşəcək. Həmçinin Rusiya Baş Qərargah rəisinin Azərbaycanın hərbi-siyasi rəhbərliyilə danışıqları planlaşdırılıb.

​Mayda ABŞ Hərbi-Hava Qüvvələr generalı Tod Uolters NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı təyin edilib. O, bu postda Kertis Skaparrottini əvəz edib.

Bundan öncə də Rusiya və NATO rəsmiləri arasında Bakıda bir neçə görüş olub.