14:31, 18 Noyabr 2020 (Çərşənbə) 80

Rusiya XİN: “Sülhməramlıların sayı artırılmayacaq”

Rusiya XİN: “Sülhməramlıların sayı artırılmayacaq”
"Ümid edirik ki, Ermənistandakı vəziyyət Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Qarabağla bağlı razılaşmasının həyata keçirilməsinə təsir göstərməyəcək”.

Lenta.ru xəbər verir ki, bu sözləri noyabrın 18-də Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.

Rusiya XİN başçısının müavini Dağlıq Qarabağdakı sülhməramlı qoşunlarının sayının artırılması məsələsinin gündəlikdə olmadığını da vurğulayıb.

"Rusiya sülhməramlılarının sayı dövlət başçılarının üçtərəfli bəyanatında dəqiq müəyyən olunub. Biz orada yazılanlardan çıxış edirik. Sülhməramlıların sayının artırılması məsələsi gündəmdə deyil”.