Siyasət

Rusiya XİN:"Tikinti layihəsi ekoloji tələb və standartlara cavab verməlidir"

18 Avqust, 2018
1217

Transxəzər boru kəmərinin çəkilməsi bütün Xəzəryanı ölkələrlə razılaşdırılmalıdır.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikov Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanmasından sonra Transxəzər qaz kəmərinin inşasının mümkünlüyü barədə suala cavab verərkən deyib.

İ.Bratçikov bildirib ki, Konvensiyanın 14-cü maddəsinə əsasən, tərəflər bu boru kəmərini çəkə bilərlər: "Lakin tikinti layihəsi beynəlxalq müqavilələrdə göstərilmiş ekoloji tələb və standartlara cavab verməlidir".

O xatırladıb ki, 2018-ci il iyulun 20-də Moskvada 5 Xəzəryanı ölkənin ekologiya nazirləri Konvensiyanın 14-cü maddəsində də qeyd olunan 2003-cü il Tehran Konvensiyasına transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə protokol imzalayıblar:

"Bu protokol Xəzər dənizinə çıxışı olan 5 dövlətin hər birinin transsərhəd xarakter daşıyan, potensial olaraq Xəzərin təbii mühitinə toxuna bilən dəniz fəaliyyətinin hərtərəfli ekoloji ekspertizasında iştirak hüququnu möhkəmləndirir. Xəzərin bir sahilindən digərinə karbohidrogenlərin daşınması kimi irimiqyaslı invaziv layihələr avtomatik olaraq bu protokolun fəaliyyəti altına düşür. Belə olan halda, əgər Transxəzər boru kəmərinin tikintisi üzrə real plan hazırlanarsa, istənilən Xəzəryanı ölkə zəruri hesab etdiyi təqdirdə hələ layihələndirilmə mərhələsində ikən Xəzərin ekologiyası üçün belə kontruksiyaların mümkün nəticələrinin qiymətləndirilməsi proseduruna qoşula bilər".

Avqustun 12-də Aktauda keçirilən Xəzəryanı ölkələrin sammitinin yekunu üzrə Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan prezidentləri Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı imzalayıblar.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo