Dünya

Rusiyada 200 mindən çox adam ixtisara düşür

27 Dekabr, 2018
1178
Rusiyada gələn il kütləvi ixtisarlar gözlənən sahələr açıqlanıb. 

Əmək Nazirliyinin bildirməsinə görə, bankların, nəqliyyat müəssisələrinin, elektrik avadanlığı, yaxud maşın istehsalı ilə məşğul olan şirkətlərin əməkdaşları risk zonasına daxildir.

Üç ay ərzində 230 min rusiyalının ixtisar olunacağı gözlənir. Onların çoxu Moskvada və Sankt Peterburqda işləyir. Əmək Nazirliyi qeyd edib ki, şirkətlər daxilində müsbət dəyişikliklər baş verərsə, ixtisarların sayı azala bilər.

"Rossiyskaya Qazeta” daha öncə yazmışdı ki, 2019-cu ildən hər dörd işəgötürəndən biri ixtisarlara başlayacaq. Qanunvericiliyə görə, işəgötürən planlaşdırılan ixtisarlara iki ay qalmış məşğulluq mərkəzinə məlumat verməlidir.

Artıq bu il çağrı mərkəzlərinin operatorları, ilkin səviyyəli mühasiblər, sığorta mütəxəssisləri, aşağı kvalifikasiyalı vəkillər ixtisar olunublar.

Bank sektorunda 30 min adamın işsiz qalacağı proqnozlaşdırılır. Bu, ölkədə kredit təşkilatlarının azalmasıyla bağlıdır. Ekspertlər bu il Mərkəzi Bankın daha çox bankın lisenziyasını aldığını da yada salır.

Nəqliyyat sahəsində 27 min nəfər ixtisar olunmaq riskiylə üz-üzədir.

Əmək Nazirliyi ixtisarların 12 dekabr-12mart tarixlərini əhatələdiyini bildirir. 12 milyon nəfərin çalışdığı 46 min təşkilat üzrə sorğu keçirilib.

Nazirliyin dekabrın 19-da bildirməsinə görə, Rusiyada rəsmi işsizlərin sayı 38 faiz artaraq 1,1 milyona çata bilər. Bunun bir səbəbi də işsizlik müavinətinin və pensiya yaşının qaldırılmasıdır.

Hazırda Rusiyada 800 min qeydiyyatdan keçmiş işsizin olduğu bildirilir. İşsizlik müavinəti 850-4,9 min rubldur, yanvarın 1-dən 1,5 min- 8 min rubl olacağı gözlənir. Pensiyaqabağı yaşda olanlar (kişilər üçün 60-65, qadınlar üçün 55-60 yaş) isə maksimum müavinət alacaqlar – 4,9 min rubldan 11,3 min rubladək.

Azadlıq Radiosu


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo