12:21, 31 İyul 2019 (Çərşənbə) 48

Rusiyada 3 milyon hektarlıq meşə sahəsi yanır

Rusiyada 3 milyon hektarlıq meşə sahəsi yanır


/ DÜNYA
Rusiya Fövqəladə Hallar Nazirliyinin aviasiyası Kranoyarsk diyarı ərazisindəki meşə yanğınlarını söndürməyə başlayıb.

"Report.az" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Regional Baş İdarəsinin Mətbuat xidməti məlumat yayıb.

Rusiya Föqəladə Hallar nazirinin birinic müavini Aleksandr Çupriyanın sözlərinə görə, Sibirdə tayqa və Uzaq Şərqdə 3 milyon hektar sahə yanır: "Bu rəqəmin artacağı ehtimal edilir”.

Bildirilib ki, hazırda meşə yanğınları ilə əlaqədar İrkutsk vilayəti, Krasnoyarsk diyarı, Buryatiya Respublikasının iki rayonu və Saxa (Yakutiya) Respublikasının bir rayonunda fövqəladə vəziyyət rejimi elan edilib.