15:45, 20 Sentyabr 2019 (Cümə) 912

Rusiyada aktyor şərti azadlığa buraxılıb

Rusiyada aktyor şərti azadlığa buraxılıb


/ DÜNYA
Moskva Şəhər Məhkəməsinin hakimi aktyor Pavel Ustinovun buraxılmasına dair prokurorluğu vəsatətini təmin edib. 

Azadlıq Radiosu xəbər verir ki, aktyor ötənaykı etiraz zamanı polisə zorakılıqda təqsirli bilinərək 3 il yarım azadlıqdan məhrum edilmişdi. 

Prokurorluq sentyabrın 19-da onun apellyasiya şikayətinə baxılanadək heç yerə getməmək iltizamı ilə azadlığa buraxılmasına dair vəsatət qaldırmışdı.

"Current Time TV”nin əməkdaşı sentyabrın 20-də məhkəmədə olub. Onun məlumatına görə, Ustinov həbsdən dərhal buraxılmayıb, çünki rəsmi sənədləşmə tamamlanmalıdır.

Hakim Ustinov-un başqa yerə getməmək iltizamıyla buraxılacağını, appelyasiya prosesi ərzində Moskvada çıxa bilməyəcəyini bildirib.

Etiraz aksiyasında iştirak etmədiyini deyən Ustinovun apellyasiya şikayəti verməkdən ötrü sentyabrın 26-dək vaxtı var. Aktyor və vəkili Anatoly Kucherena apellyasiya verəcəklərini deyiblər.

Sentyabrın 18-də 100-dək aktyor hər biri bir dəqiqə olmaqla Ustinova azadlıq tələb edən plakatlar qaldırıblar. Rusiya qanunvericiliyi təkadamlıq etirazları icazəsiz keçirməyə imkan verir.