12:04, 11 May 2020 (Bazar ertəsi) 156

Rusiyada bir gündə daha 11 656 nəfər koronavirusa yoluxub

Rusiyada bir gündə daha 11 656 nəfər koronavirusa yoluxub
Rusiyada son sutka ərzində daha 11 656 nəfər koronavirusa yoluxub.

APA-nın verdiyi məlumata görə, Rusiya ərazisində COVİD-19-a yoluxanların sayı 221 344 nəfərə çatıb.

Son sutka ərzində 94 nəfərin öldüyü bildirilib.

Ümumilikdə koronavirusdan ölənlərin sayı isə 2009-a çatıb. Sağalanların sayı 39 801 nəfərdir.