13:43, 09 Sentyabr 2019 (Bazar ertəsi) 50

Rusiyada bülleten daşıyan 5 nəfər qəzaya düşərək ölüb

Rusiyada bülleten daşıyan 5 nəfər qəzaya düşərək ölüb


/ DÜNYA
Rusiyanın Krasnodar diyarının Otradnensk rayonunda məntəqə seçki komissiyasının 3 üzvü, bir müşahidəçi və sürücü yol-nəqliyyat hadisəsi nəticəsində ölüb.

RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu Krasnodar diyarı Seçki Komissiyasından bildiriblər.

Onlar ərazi komissiyasına səsvermə bülletenlərini aparırmış.

Sentyabrın 8-də Rusiyada yerli orqanlara ümumxalq seçkiləri keçirilib.