15:17, 05 Aprel 2020 (Bazar) 202

Rusiyada koronavirusa yoluxanların ümumi sayı: 5 389 nəfər

Rusiyada koronavirusa yoluxanların ümumi sayı: 5 389 nəfər
Rusiyada son sutka ərzində koronavirusa daha 658 nəfər yoluxub.

"Report” xəbər verir ki, bu barədə ölkənin Koronavirusun Yayılmasına qarşı Mübarizə üzrə Operativ Qərargahından bildirilib.

Qeyd edilir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 5 389 nəfərə çatıb, 45 nəfər ölüb. Xəstəxanalarda müalicə edilən 355 nəfər sağalıb.

"Bu gün Rusiya Federasiyasının 79 regionunda koronavirus infeksiyasına 5 389 yeni yoluxma qeydə alınıb. Son gün ərzində 22 nəfər sağalıb. Bütün dövr ərzində sağalanlar 355 bəfərdir.

Son bir gündə Moskvada 2 pasiyent öldü. Rusiya üzrə ölənlərin ümumi sayı 45 nəfərdir", - qərargahın xəbərində deyilir.