15:24, 06 Sentyabr 2019 (Cümə) 74

Rusiyada Seçki Komissiyasının sədrinə hücum edilib

Rusiyada Seçki Komissiyasının sədrinə hücum edilib


/ DÜNYA
Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilovanın Moskva vilayətinin İstra şəhərindəki evində quldurluq hadisəsi baş verib.

RİA "Novosti”yə istinadən xəbər verir ki, polisdən verilən məlumata görə, ötən gecə naməlum maskalı şəxs evin eyvanına soxulub ev sahibinə elektroşok aləti ilə bir neçə zərbə endirərək hadisə yerindən uzaqlaşıb.

Hadisə ilə bağlı cinayət işi başlanıb, araşdırma aparılır.