17:24, 30 Aprel 2019 (Çərşənbə axşamı) 143

Rusiyada siyasi məhbusların sayı açıqlanıb

Rusiyada siyasi məhbusların sayı açıqlanıb
ABŞ-ın paytaxtı Vaşinqtonda yerləşən "Perseus Stategies” hüquq təşkilatı Rusiyada və onun işğalı altında olan Krım bölgəsində 236 siyasi məhbus qeydə aldığını açıqlayıb. 

Hesabatda Rusiya hakimiyyətinin müxalif siyasətçiləri və ictimai fəalları, dini, milli və seksual azlıq nümayəndələrini, Ukrayna vətəndaşlarını və bu ölkəyə rəğbət bəsləyən fəalları həbsə atdığı bildirilir.

"Perseus Stategies” siyasi motivlərlə 54, dini motivlərlə 182 nəfərin həbsdə olduğunu vurğulayır.

Hesabata əsasən, Rusiya ərazisində və Krımda 70-ə yaxın ukraynalı siyasətçi həbs cəzası çəkir.

Rusiya Ukraynanın Krım Muxtar Respublikasını və Sevastopol şəhərini 2014-cü ildə işğal edərək özünə birləşdirib, Donbas bölgəsində – Donetsk və Luqansk vilayətlərinin bir hissəsində isə iki işğalçı rejim qurub. Bu separatçı rejimlər özlərini müstəqil dövlət sayır.
 
Novator.az