12:43, 04 Aprel 2020 (Şənbə) 199

Rusiyada son sutkada koronavirusa yoluxanların sayı: 582 nəfər

Rusiyada son sutkada koronavirusa yoluxanların sayı: 582 nəfər
Rusiyada son bir gündə daha 582 nəfərdə koronavirus qeydə alınıb.

"Report” xəbər verir ki, bununla da ölkədə COVID-19 daşıyıcılarının sayı 4 731-ə yüksəlib.

Məlumata görə, koronavirus qurbanlarının sayı daha 9 nəfər artaraq 43-ə çatıb.

Bundan başqa, Rusiyada virusdan sağalanaların sayında da artım müşahidə edilib. Belə ki, son sutkada ölkə ərazisində 52 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb. Beləliklə, Rusiyada koronavirusdan sağalanların sayı 333 nəfərə çatıb.

Bildirilib ki, pandemiya ölkənin 78 bölgəsini əhatə edir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 205 ölkə və bölgədə qeydə alınıb.