16:40, 09 Sentyabr 2019 (Bazar ertəsi) 59

Rusiyalı araşdırmaçı jurnalist Politkovskaya mükafatına layiq görülüb

Rusiyalı araşdırmaçı jurnalist Politkovskaya mükafatına layiq görülüb


/ DÜNYA
Rusiyalı araşdırmaçı jurnalist Ivan Golunov peşəkar cəsarətə görə Anna Politkovskaya mükafatına layiq görülüb. 

Azadlıq Radiosu xəbər verir ki, onun iyunda qondarma narkotik maddə ittihamıyla saxlanması Moskvada etirazlara səbəb olmuşdu.

36 yaşlı Golunov sentyabrın 9-da Moskvada xüsusi mərasimdə mükafatı alarkən deyib ki, onun iyunda düşdüyü situasiya ilə heç kəsin üzləşməsini istəyir.

"Bu, mənim deyil, hamımızın mükafatıdır”, – Golunov deyib.

Golunov qanunsuz narkotik maddə saxlamaq ittihamıyla həbs olunmuş, bir neçə gündən sonra buraxılmışdı. Həmkarları və etirazçılar ittihamın uydurulduğunu deyirdilər.

Bu insidentdən sonra Moskvada bir sıra yüksəkçinli polis əməkdaşları işdən çıxarıldı, təhqiqatlar başladıldı.

Rusiyanın Jurnalistlər Birliyi Kamerton mükafatını 2013-cü ildə araşdırmaçı jurnalist Anna Politkovskaya-nın şərəfinə təsis edib. Politkovskaya 2006-cı ildə Moskvada yaşadığı blokda qətlə yetirilib.

Bu mükafat jurnalistlərə cəsarətə, söz azadlığı prinsiplərinə sadiqliyə görə verilir.