20:34, 20 İyun 2019 (Cümə axşamı) 47

Rusiyalı deputatlara qarşı Gürcüstanda parlamentin qarşısında aksiya keçirilib

Rusiyalı deputatlara qarşı Gürcüstanda parlamentin qarşısında aksiya keçirilib


/ DÜNYA
Rusiyalı deputatların Tbilisidə beynəlxalq tədbirdə iştirak etməsi və PPA-nın prezidenti Sergey Qavrilovun Gürcüstan parlamenti sədrinin kürsüsündə əyləşməsi cəmiyyətin etirazına səbəb olub.

Bu barədə "Report” məlumat yayıb.

Mərkəzi Rustaveli prospektində avtomobillərin hərəkəti dayandırılıb.

Aksiyada ictimai fəallar və müxalifət partiyalarının üzvləri iştirak edib.

Aksiya iştirakçıları Gürcüstanın parlament sədri İrakli Kobaxidzenin istefasını tələb edib, həmçinin, nöbədənkənar parlament seçkilərinin keçirilməsi tələb olunub.

Aksiyalar Telavi və Qoridə də keçirilib. 

Parlamentlərarası Pravoslav Assambleyasının (PPA) Tbilisidə keçirilən 26-cı Baş Assambleyasında iştirak edən Rusiya nümayəndə heyəti artıq Gürcüstanı tərk edib. 

Rusiyalı deputatlar qaldıqları hoteldən çıxarkən vətəndaşlar onlara etiraz edib, rusiyalı deputatlar istiqamətinə su qabları atıblar.