Dünya

Rusiyalı jurnalist İranda saxlanılıb

4 Oktyabr, 2019
1892
Rusiyalı jurnalist Yulia Yuzik İranda saxlanıb. Məlumatı onun qohumları, həmkarları və Tehrandakı Rusiya səfirliyinin əməkdaşı verib.

Yuzik-in qızı anasının Facebook səhifəsində yazıb ki, jurnalistin "böyük problemləri var” və oktyabrın 5-nə təyin olunmuş məhkəmə prosesində "onun taleyi həll olunacaq”.

Jurnalistin keçmiş həyat yoldaşı, jurnalist Boris Voitsekhovsky AzadAvropa/AzadlıqRadiosu-na deyib ki, o, İsrail üçün casusluqda ittiham olunur. Ancaq bu informasiya rəsmən təsdiqlənməyib.
 
Səfirliyin sözçüsü Andrei Ganenko oktyabrın 4-də "Interfax” agentliyinə deyib ki, rusiyalı diplomatlar durumdan məlumatlıdır və daha çox informasiya əldə etməyə çalışırlar. 

Voitsekhovski-nin sözlərinə görə, Yuzik təqsirli bilinsə, onu 10 ilədək həbs cəzası gözləyir. O, Yuzik-in Rusiyanın bir media orqanı üçün İranda çalışdığını, bu həftənin əvvəlində Tehrana gedəndən sonra həbs olunduğunu bildirib. Voitsekhovski deyir ki, qadının pasportu Tehrana ayaq basan kimi sərhəd xidməti tərəfindən alınıb.

Yuzik 1981-ci ildə Rusiyanın Rostov regionunda doğulub. O, 2003-cü ildə "Allahın gəlinləri” kitabıyla tanınıb. Kitabda Rusiyanın Şimali Qafqaz regionunda qadın intiharçılardan söz açılır.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo