17:33, 03 Sentyabr 2019 (Çərşənbə axşamı) 60

Rusiyalı təşkilat sədri Ermənistandan sığanacaq alıb

Rusiyalı təşkilat sədri Ermənistandan sığanacaq alıb


/ DÜNYA
Rus millətçilərinin keçmiş başçısı Ermənistanda sığınacaq tapıb.

"İnterfax” xəbər verir ki, Rusiya Federasiyasında qadağan olunmuş "Ruslar Etnosiyasi Birliyi” adlı təşkilatın Kaluqa bölməsinin keçmiş rəhbəri Vitali Şişkin Ermənistanda qaçqın statusu alıb.

Xəbərdə deyilir ki, bu barədə "Facebook” səhifəsində bildirən rus millətçisi "Rusiyada siyası səbəblərdən təqib olunan siyasətçi olaraq mənə qaçqın statusu verdiklərinə görə Ermənistana minnətdaram” - deyə yazı paylaşıb.

Ermənistan Dövlət Miqrasiya Xidmətindən bu məsələyə dair şərh vermək istəməyiblər.

Rusiyanı tərk edən V.Şişkin 2014-cü ildə "Qəzəb günü” adlı kütləvi tədbir keçirmək çağırışına görə ekstremizm maddəsilə dörd il həbs cəzasına məhkum olunmuşdu.