21:28, 08 Oktyabr 2019 (Çərşənbə axşamı) 296

Rusiyanın Baş naziri Əli Əsədovu təbrik etdi

Rusiyanın Baş naziri Əli Əsədovu təbrik etdi
Rusiyanın Baş naziri Dmitri Medvedev Əli Əsədovu yeni vəzifəyə təyin edilməsi münasibətilə təbrik edib.

APA-nın xəbər verir ki, Baş nazir Dmitri Medvedev bu barədə rəsmi "Twitter" səhifəsində yazıb. 

"Əli Əsədovu Azərbaycanın Baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edirəm. Bizim xalqları qonşuluq, dostluq və əməkdaşlıq əlaqələri bir-birinə bağlayır və mən ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirmək üçün birgə səylərimizə sadiq olduğumuzu bir daha təsdiqləmək istərdim",- deyə Rusiyanın Baş naziri bildirib