10:25, 21 Noyabr 2019 (Cümə axşamı) 72

Rusiyanın beynəlxalq ehtiyatları 72 milyard dollar artıb

Rusiyanın beynəlxalq ehtiyatları 72 milyard dollar artıb


/ DÜNYA
Rusiya Mərkəzi Bankının prezidenti Elvira Nabiullina Dövlət Dumasındakı çıxışında bu il beynəlxalq ehtiyatların 72 milyard dollar artdığını qeyd edib.

Bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

O, Rusiya Mərkəzi Bankın keçən ilə nisbətən beynəlxalq ehtiyyatlarda dolların payını azaltdığını qeyd edib.

2018-ci ildə Rusiya Mərkəzi Bankı 2017-ci ilə nisbətən beynəlxalq ehtiyatlarda dolların payını 23,1 faiz bəndi azaldaraq 22,7% çatdırıb.

Rusiya Maliyyə nazirinin müavini Vladimir Kolıçev, 2020-ci ildə Milli Rifah Fondunda dolların payının geosiyasi risklər səbəbindən azaldacağlarını açıqlamışdı.