11:15, 18 Noyabr 2019 (Bazar ertəsi) 74

Rusiyanın Ukrayna gəmilərini buraxacağı gözlənir

Rusiyanın Ukrayna gəmilərini buraxacağı gözlənir


/ DÜNYA
Noyabrın 18-də Rusiyanın ötən il müsadirə etdiyi üç Ukrayna gəmisini qaytaracağı gözlənir.
 
Bu barədə AzadlıqRadiosu məlumat yayıb.
 
Məlumatda bildirilir ki, Almaniyanın Xarici işlər naziri Heiko Maas noyabrın 18-də Kiyevə səfər edir.

Noyabrın 17-də üç gəmi Qara Dənizdəki Krım yarımadasının şərq sahilindən Rusiya gəmilərinin müşayiəti ilə yedəyə alınıb.

Interfax Rusiya Federal Təhlükəsizlik Xidmətindəki mənbəyə istinadla yazır ki, təhvilvermə Qara Dənizdə neytral sularda gerçəkləşəcək.
 
Ukrayna mediası isə gəmilərin Ukraynanın Odessa liman şəhərindən 60 mil məsafədə təhvil veriləcəyini yazıb.

İki silahlı gəmi və bir yedək gəmisi 25 heyət üzvü il birlikdə 2018-ci ilin noyabrın Krım sahillərində saxlanıb.

Ukraynanın Krım yarımadasını 2014-cü ildə ilhaq etmiş Moskva gəmilərin onun ərazi sularına qanunsuz girdiyini iddia edib.

Kiyev isə bu iddiaları rədd edir.

24 dənizçi sentyabrın 7-də Rusiyayla Ukrayna arasında əsir mübadiləsi çərçivəsində buraxılıb.