Manşet

“S-400” lərin ilk hissəsi Türkiyəyə çatdı – Politoloq şərh edir

12 İyul, 2019
409
Rusiya istehsalı olan "S-400" zenit-raket komplekslərinin (ZRK) Türkiyəyə tədarükünə başlanılıb.

Türkiyə Müdafiə Nazirliyi ZRK-ların ilk hissələrinin iyulun 12-də Ankaraya çatdırıldığını açıqlayıb.

Nazirliyin məlumatına görə, ZRK Ankaradakı Mürted aviabazasına daşınır.

Bəs bu hadisə bölgə üçün, xüsusən Azərbaycan üçün nə deməkdir?

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu məsələnin mahiyyətini feysbuk hesabından izah etməyə çalışıb.

Politoloqa görə, bu sıradan bir hadisə deyil: "Bu, Rusiya-Türkiyə münasibətlərinin yeni mərhələyə qədəm qoymasıdır. Soyuq müharibə illərində Türkiyə ABŞ-ın strateji müttəfiqi idi. SSRİ-nin dağılmasıyla və bölgədə yeni şərtlərin formalaşmasıyla Türkiyənin Amerikadan asılılığı azaldı və Ankara Moskva ilə sıx münasibətlərinin bünövrəsini qoydu. Son 15 ilin gedişatına baxsaq, Türkiyə-Rusiya münasibətləri keyfiyyətcə Türkiyə-ABŞ münasibətlərini üstələyir. Bu, həm də Vaşinqtonun yanlış siyasəti ilə bağlıdır”.

Politoloq deyir ki, "S-400” sistemi Türkiyənin təhlükəsizliyini və siyasi çəkisini artıracaq: "Türkiyə Rusiyadan əldə etdiyi texnologiya əsasında özü eyni sistemlərin istehsalına başlayacaq. Digər tərəfdən, Türkiyə S-400 sistemlərinin pulunu elə Rusiyadan aldığı kreditlə ödəyəcək. Bunların heç birini Amerika Türkiyəyə təklif etmirdi. Təsadüfi deyil ki, Amerikanın hazırki prezidenti Donald Tramp böyük səkkizlərin Yaponiyadakı son sammitində hazırki vəziyyətə görə keçmiş prezident Barak Obamanı qınadı. Trampın etirafı Türkiyənin "S-400” məsələsində haqlı olduğunu göstərdi”.

Amerikanın sabiq prezidenti Barak Obama Türkiyəyə Patriot raketlərini satacağını vəd etsə də, daha sonra bu razılaşma reallaşmayıb.
 
 

Elxan Şahinoğlu
 
Elxan Şahinoğlu deyir ki, Türkiyə "S-400” raketlərini əldə etdikdən sonra Amerikanın təzyiqlərinə hazır olmalıdır: "Doğrudur, Tramp Türkiyə ilə münasibətləri daha da gərginləşdirilməsini istəmir. Ancaq Konqres və Pentaqon Türkiyəni "S-400” raketlərinə görə cəzalandırmağa çalışacaq. Buna baxmayaraq, zaman keçdikcə Amerika Türkiyənin ərazisində Rusiya raketlərini həzm etmək məcburiyyətində qalacaq və bundan sonra münasibətlərin normallaşma prosesi başlayacaq. Çünki Türkiyə Rusiyadan aldığı "S-400” raketlərinə baxmayaraq Amerikadan da hərbi texnika almağa çalışacaq, bu isə Amerikanın da maraqlarına uyğundur ki, Türkiyə bazarını itirməsin, əks halda Ankara Vaşinqtondan ala bilmədiyi hərbi texnikanı da Rusiyadan almağa qərar verəcək”.

"Son sövdələşmə Rusiyanın da maraqlarına xidmət edir. Rusiya NATO-nun əsas dövlətlərindən birinə müasir raket sistemini satdı. Bu silah bazarında Rusiyanın mövqelərini daha da gücləndirəcək” - deyə politoloq qeyd edib.

Türkiyənin ardınca Hindistan da Rusiyadan "S-400” sistemini almaq istəyir.

Elxan Şahinoğlu məsələnin Azərbaycan üçündə hansı nəticələrini olacağını izah edib: "Türkiyənin müdafiə qabiliyyətini artırması heç şübhəsiz müttəfiqi Azərbaycanın da maraqlarına xidmət edir. Türkiyə "S-400” raketlərini gələcəkdə özü istehsal etməyə başlayacağı halda əldə edəcəyi məhsulu Azərbaycanla da bölüşəcək. Bu, Azərbaycanın təhlükəsizlik imkanlarını artıracaq. Digər tərəfdən, artan Rusiya – Türkiyə hərbi əməkdaşlığının Cənubi Qafqazdakı proseslərə də müsbət təsirini proqnozlaşdırmaq olar. Rusiya istər-istəməz Türkiyənin Cənubi Qafqazdakı maraqlarını nəzərə almağa başlamalıdır. Türkiyə Azərbaycanla hərbi əməkdaşlığı daha üst səviyyəyə qaldırarsa, Rusiya buna etiraz etməməlidir”.

Türkiyə uzun zamandır Rusiyadan "S-400” zenit-raket kompleksi almaq istəsə də, Amerika hakimiyyəti buna qarşı çıxırdı. ABŞ hökuməti Türkiyənin "S-400” alacağı təqdirdə ölkəyə sanksiya tətbiq edəcəyini deyib. 

"S-400”-lərin  Türkiyəyə çatması ilə türk pul vahidi lirə ucuzlaşıb. Dollar qarşısında 5.60 olan lirə 5.72-yə düşüb.

Uğur Fərzəli

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Manşet

"Cənab prezident, sərhədləri açın, uşaqlarımıza kömək edə bilək"

1 Sentyabr 2022
Azərbaycanda  pandemiyaya görə tətbiq edilən bir sıra məhdudiyyətlər aradan qaldırılıb. Quru sərhədlərin bağlı qalması iki ildən çoxdur ki, davam edir. Hazırda insanlar ölkəni yalnız hava yolu ilə tərk edə bilirlər.       Rüxsarə Əliyeva "Toplum TV"-yə deyir ki, oğlu Məhəmmədi müalicə ilə bağlı İrana aparmalıdır. Amma maddi durumu və oğlunun təyyarəyə olan fobiyasına görə, artıq iki ildir ki, Bakıdan çıxa bilmirlər.   Məhəmməd ağır dərəcəli revmatizm-artiret xəstəliyindən əziyyət çəkir, sümük-oynaq problemlərinə görə, hərəkətində məhdudiyyətlər yaranıb.   "Demək olar ki, son 3-4 il ərzində oturub-durmağı çətinləşib. Sümük böyüdükcə, inkişaf etdikcə çətinlik də artır. Pilləkan çıxıb düşə bilmir, düz yolu mənim...
Manşet

Keçmiş MTN polkovniki  hökmü eşidəndə halı pisləşdi 

24 İyun 2022

e-huquq.az

İyunun 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci ildə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin keçmiş polkovniki, işdən uzaqlaşdırılandan sonra Lənkəran Dövlət Universitetinin prorektoru olmuş, sonradan bu işindən də kənarlaşdırılmış Bahadır Qocayevin məhkəməsi başa çatıb. Məhkəmə iclasına hakim İradə Həsənzadə sədrlik edirdi.  Ötən il Dövlət Təhlükəsizlik Xidmətinin həbs etdiyi Bahadır Qocayev 70 min manatdan çox pulu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur. İttihama görə, o, bir neçə il əvvəl Xaçmazın Seyidlər kəndindəki bağ evini borclu olduğu bir şəxsə borc əvəzi etibarnamə ilə verib. Həmin şəxs də evi Fazil Alıyev adlı digər şəxsə 60 min manata satıb. Bir müddət sonra Bahadır Qocayevin...

Seçilmiş Videolar

Toplum TV loqo