Sosial

"Sabah gəlib necə deyəcəklər ki, övladını ver, əsgər aparaq?"

31 Mart, 2020
904
"Məgər mən Azərbaycan vətəndaşı deyiləm? Bu gün mənimlə, 4 övladımla maraqlanmayan dövlət sabah qapımı döyəcək ki, gəlmişik oğlunu hərbi xidmətə aparaq. 5 yaşında oğlumun nə yeyib-içdiyi ilə maraqlanmayan dövlət 17 yaşında balamı hansı haqla məndən istəyəcək?..” 

Cavabsız sualların içinə boğulub qalan müsahibim 40 yaşlı, 4 uşaq atası Ceyhun Mamedovdu. 

O, ailəsi ilə cəbhə bölgəsində yaşayır. Bir tərəfdən hər gün pozulan atəşkəs, bir tərəfdən kasıbçılıq onu sıxsa da, indiyədək bacardığı kimi ailəsinə baxmağa çalışıb. Ancaq son günlər koronavirusla bağlı xüsusi karantin rejiminin elan edilməsi vəziyyətini daha da çətinləşdirib.

"Allah bütün balaları saxlasın, içində də mənim 4 övladımı. Onlar gün görsün deyə varam, son nəfəsimə kimi də onlar üçün çalışacam. Düzdür, heç zaman yaxşı imkanım olmayıb, amma fəhləlik edərək uşaqlarımı kiminsə yanında boynubükük qoymamışam. Bu xəstəlik çıxandan sonra fəhləlikdən qazandığım pul da kəsildi. Mən də istəyərəm evdə qalım, bilmirik küçədə kim xəstədir, kim sağlamdır. Amma xəstəlikdən qoruduğum uşaqlarım belə getsə acından xəstələnəcək”, - deyir vətəndaş. 

Buna görə də C.Mamedov işsiz qalan əhaliyə hökumətin yardım etməsini istəyir. Əslində, indi bunu tək o yox, çoxu istəyir. 

Toplum TV bu məqsədlə Nazirlər Kabineti yanında Operativ Qərargahın ictimayətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Məmmədovla əlaqə saxlayıb. 

 
 
O, "zamanım yoxdur, nə zaman da olacaq, bilmirəm” deyərək sualı cavablandırmayıb. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əlaqələr şöbəsinin rəhbəri Fazil Talıbov bildirib ki, həm sahibkarlara, həm də günəmuzd işçilərə yardımla bağlı təkliflər hökumətə təqdim edilib: "Pandemiyanın milli iqtisadiyyata, eyni zamanda bunun məşğulluğa mənfi təsirinin azaldılması üçün dövlət tərəfindən məqsədyönlü işlər aparılır. Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamı ilə yaradılmış İşçi Qrup koronavirus pandemiyasından zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələri üzrə yarana biləcək məşğulluq problemlərinin həlli, bu sahələrdə çalışanların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə müvafiq dəstək proqramları üçün təkliflər hazırlayıb”.

 
 
Fazil Talıbov bu məsələlərə "kompleks yanaşma” olacağını qeyd edib. O, bu istiqamətdə atılacaq addımlar barədə əhaliyə məlumat veriləcəyini bildirib. 

Bəzi mütəxəssislər hesab edir ki, ölkədə günəmuzd işçilərin sayı bilinmədiyi üçün dövlət qulluqçuları və təqaüdçülər istisna olmaqla hər kəsə yardım göstərilməlidir.

Politoloq Azər Qasımlı dövlətin adambaşına yardımlar etməsinin çox da real addım olmadığını düşünür. 

 
 
O, günəmuzd işçilərə yardımla bağlı səsləndirilən məbləğin də sadəcə, əhalinin və siyasi partiyaların tələbi olduğunu qeyd edir: "Daha çox hər kəsə 200 və ya 300 manat yardım edilməsi haqda danışılır. Böyük ehtimalla indiki durumda, yə həm epidemiya, həm iqtisadiyyatın durduğu, həm də neft bazarlarında qiymətlərin kəskin düşdüyü bu dövdə Azərbaycan çox ciddi iqtisadi böhranla üz-üzə qalacaq. Düşünürəm ki, hakimiyyət adambaşına hansısa məbləği ödəməkdən vaz keçəcək, çox kasıb, sosial durumu pis olan ailələrə yardım ediləcək. Yəni ünvanlı yardım ediləcək”. 

A.Qasımlı hesab edir ki, istənilən halda hakimiyyət bu problemi həll etməlidir. O, əks halda narazılıqların arta biləcəyini də istisna etmir. 

Zülfiyyə Quliyeva

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo