19:33, 02 Yanvar 2019 (Çərşənbə) 179

Sabah şaxta gözlənilir

Sabah şaxta gözlənilir
Yanvarın 3-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı gözlənir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 3-5, gündüz 7-10, Bakıda gecə 3-5, gündüz 8-10 dərəcə isti proqnozlaşdırılır.

Yanvarın 3-də Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz olacağı təxmin edilir. Lakin gündüz Naxçıvanda və bəzi şərq rayonlarında yağıntı ehtimalı var. Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyə qədər isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 12-17 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti təxmin edilir.