Sosial

Sabirabad sakini: “Başçının birinci müavini məni hədələdi”

17 Oktyabr, 2020
540
Sabirabad rayonu, Kovlar kəndinin sakini Mircəmil Ağayev 2008-ci ildə bələdiyyənin ehtiyat fondundan gənc ailələr üçün ayrılan ərazidə pay torpağı alıb, ev tikib. O, "ToplumTV”yə deyir ki, 2010-cu ildə evinə köçsə də, qonşusu ona yaşamağa imkan vermir. 

Kənd sakininin sözlərinə görə, qonşuluqdakı Məmmədovlar ailəsi illərdir ətrafdakı torpaq sahələrini zəbt edərək öz ərazilərini bir hektar otuz beş sota çatdırıblar. M.Ağayev qonşunun heç bir texniki şərtə əməl etmədən, başqalarının həyatını təhlükəyə atmaqla işıq, qaz, su çəkdiyini, ancaq rayonun aidiyyəti qurumlarının buna göz yumduğunu iddia edir.

"Kasıb olduğum üçün şikayətimə baxılmır”

"Bu adamlar təjcə torpağımı zəbt etməyiblər, üstəlik, evimə gələn yolu da kəsiblər. Çəpərləmə işi aparanda qaz xəttini də öz ərazilərinə salıblar. Bununla bağlı dəfələrlə aidiyyatı qurumlara şikayət məktubu yazmışam, heç bir nəticəsi olmayıb. Arada bir-iki dəfə dövlət məmurları gəlib baxıb deyiblər ki, sən haqlısan, sonra da gediblər. Qonşumla münasibətlər 2018-ci ildə daha da gərginləşdi, polisə düşdük”. 

"Atamla məni döyüb, şil-küt etdilər”


Mircəmil Ağayev danışır ki, o, rəsmi qurumlara şikayət etdikcə, qonşusu qolunun gücünü işə salaraq onu döyüb:
"Hətta iki dəfə ölümcül döydülər məni. Bir dəfə öz həyətimdə döydülər, atam köməyimə gəldi, onu da şil-küt etdilər. Şikayət etdim, polisə çağırıb barışıq ərizəsi yazdırdılar. İkinci dəfə aparıb həyətlərində əl-qolumu bağlayıb yenə döydülər, indiyə kimi də şikayətimə baxan yoxdur. Evimin iki addımlığında tövlə tikiblər. Heyvanların səs-küyündən evdə oturmaü mümkün deyil”. 


"Keçmiş başçı öz otağında mənə hədə-qorxu gəldi”


Kənd sakininin sözlərinə görə, ərazini mənimsəyən Məmmədovlar ailəsi Sabirabad rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənovun qohumdur, buna görə də şikayətinə baxılmır. 
O, bu məsələ ilə əlaqədar bir neçə dəfə Sabirabad rayonunun keçmiş icra başçısı Siraqəddin Cabbarov və onun birinci müavini Həsən Həsənovun qəbulunda olduğunu, orda hədə-qorxu ilə üzləşdiyini bildirir: "Siraqəddin Cabbarov məni qəbul etdi. Dövlət obyektində, dövlətin ona verdiyi vəzifədən sui-istifadə edərək mənə hədə-qorxu gəldi. Müavini Həsən Həsənov da mənə hədə-qorxu gəldi. Dedi ki, 50 kilo çəkin var, deyəsən, başın qoltuq altı görməyib”.

Başçının müavini beş min manat təzminat istəyir

İcra Hakimiyyətində şikayətinə baxılmayan Kovlar kənd sakini əlaqədar qurumlara şikayət məktubları yazıb. Bundan sonra başçının birinci müavini Həsən Həsənov onu məhkəməyə verərək beş min manat təzminat tələb edib. 

İcra Hakimiyyəti: "Məhkəmə predmeti olan işə müdaxilə edə bilmərik”

Sabirabad rayonu İcra başçısının birinci müavini Həsən Həsənov isə ona qarşı irəli sürülən ittihamları qəbul etmir,  "Məhkəmə predmeti olan işə icra hakimiyyətinin müdaxilə etməyə ixtiyarı yoxdur” deməklə kifayətlənir.
Sabirabad rayon Polis Şöbəsindənsə "Toplum TV”yə bildirilib ki, Mircəmil Ağayev iki il əvvəl Məmmədovlardan şikayət edib, sonra tərəfləri barışdırıblar və iş bağlanıb.



 
"Toplum TV"

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo