11:50, 23 Avqust 2019 (Cümə) 54

Sabunçu-Bakı elektrik qatarları Bakıxanov dayanacağına qədər hərəkət edəcək

Sabunçu-Bakı elektrik qatarları Bakıxanov dayanacağına qədər hərəkət edəcək
Bu ilin avqustun 26-dan sentyabrın 15-ə qədər Sabunçu dəmir yolu stansiyasının ərazisində avtomobil keçidində tunelin inşası ilə əlaqədar olaraq, Bakı-Sabunçu-Bakı elektrik qatarları Bakıxanov dayanacağına qədər hərəkət edəcək.

Bu barədə  "Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.

Məlumata görə, Bakı-Bakıxanov-Bakı istiqamətində elektrik qatarlarının hərəkət qrafikində dəyişiklik olmayacaq.

Tunelin inşası başa çatanda, Bakı-Sabunçu-Bakı istiqamətində elektrik qatarlarının Sabunçu stansiyasınadək hərəkətinin tam bərpası haqqında əlavə məlumat veriləcək.