16:42, 14 May 2019 (Çərşənbə axşamı) 42

Sahibkarlarının növbəti etiraz aksiyası keçirib

Sahibkarlarının növbəti etiraz aksiyası keçirib
Mayın 14-ü "Diqlas" Ticarət Mərkəzinin sahibkarları martın 26-da yanmış bu ticarət mərkəzinin qarşısında onlara dəymiş ziyanın ödənilməsi tələbilə aksiya keçiriblər.

Bu barədə Turan İnformasiya Agentliyi məlumat yayıb. 

"İki aydır bizə eyni sözü deyirlər, amma real iş yoxdur. Biz də bu ölkənin vətəndaşıyıq. Bizə deyirlər ki, dövlət bunu göydən tapmayıb ki, zibilxanaya atsın. Deməli bizi zibilxana sayırlar? Pulumuzu qaytarsınlar. Dünən də bizi Nazirlər Kabinetində qəbul ediblər, eyni vədlər veriblər, amma irəlilləyiş yoxdur".

Polis müdaxiləsindən sonra aksiya dağılıb. Polis aksiya iştirakçılarına kompensasiyanı evdə gözləməyini məsləhət görüb və ərazini tərk etmək əmri verib.

Martın 28-də prezident İlham Əliyev "Diqlas" ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Komissiyanın yaradılması haqqında, ertəsi gün isə zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi haqqında sərəncamlar imzalayıb.