Sosial

Sahibsiz itlərlə bağlı sərəncam

8 Noyabr, 2018
1235
Bakı Şəhər İcra Hakimiyyəti sahibsiz küçə itləriylə bağlı sərəncam verib.
 
Sərəncama əsasən, Bakının Xəzər rayonu, Qala qəsəbəsində itlər üçün 30 sot torpaq sahəsi ayrılıb. Mərdəkanda şəxsi bağ sahəsində 300-ə qədər it saxlayan Eldar Mansurov noyabrın 8-də Xəzər Rayon Məhkəməsində bu barədə məlumat verib.

Sərəncam məhkəməyə təqdim olunub.

Azadlıq Radiosu xəbər verir ki, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamovun iddiası üzrə başlanmış bu məhkəməyə Bakı Şəhər İcra Hakimiyyəti də üçüncü tərəf qismində cəlb olunub. İcra başçısı keçmiş polis zabiti olan E.Mansurovun həyətində saxlanılan itlərin oradan köçürülməsini, özünün də ev heyvanı saxlamaq hüququndan məhrum edilməsini istəyir.

Noyabrın 8-də məhkəmədə Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi də G.İslamovun iddiasını müdafiə etdiklərini bildirib.

Cavabdeh E.Mansurov isə məhkəmədən vaxt istəyib ki, meriyanın ayırdığı torpaq sahəsinə baxış keçirilsin, orada itlərin saxlanması, gediş-gəliş üçün şərait olub-olmadığı müəyyənləşdirilsin. Bundan sonra fikirlərini bildirəcəklər: «Tək torpaqla iş bitmir, oranın qazı, suyu, işığı, normal yolu olmalıdır».

E.Mansurov onu da deyib ki, Bakı Şəhər İcra Hakimiyyəti itlərlə bağlı sərəncamı daxili işlər naziri Ramil Usubovun müraciətindən sonra verib.

Məhkəmə tərəflərə bir ay vaxt verib ki, həm torpaq sahəsinə baxış keçirilsin, həm də öz aralarında razılığa gəlsinlər.

İcra başçısı iddia ərizəsində bildirir ki, E.Mansurovun həyətində 300-ə qədər it saxlanmasıyla əlaqədar ətrafda yaşayan qonşular müxtəlif dövlət orqanlarına şikayət ediblər. Onlar səs-küydən və pis qoxudan narazıdırlar. İslamovun sözlərinə görə, E.Mansurova bununla əlaqədar xəbərdarlıq edilsə də, əhəmiyyət verməyib.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo