10:59, 21 Mart 2020 (Şənbə) 113

Şahmat üzrə Avropa çempionatı təxirə salındı

Şahmat üzrə Avropa çempionatı təxirə salındı


/ DÜNYA
Şahmat üzrə Avropa çempionatı təxirə salınıb.

Apasport.az-ın məlumatına görə, buna koronavirus pandemiyası səbəb olub.

Mayın 18-29-da təşkil olunmalı yarış Sloveniyada keçirilməli idi. Lakin Avropa Şahmat İttifaqı (ECU) yarışı dekabrın 8-21-də təşkil olunmasına qərar verib.