19:30, 25 Noyabr 2019 (Bazar ertəsi) 64

Sakinlərin meşələrin məhv edilməsinə etirazı və nazirliyin cavabı - VİDEO

Şəkinin Cunud, Bideyiz və Köbər Zəyzid kənd sakinləri meşələrin məhv edilməsinə etiraz edir.

Cunud kəndində yerləşən meşədə əvvəlcə yanğın baş verib.

Daha sonra aparılan kürümə işləri zamanı sağ qalan ağaclar da yerindən çıxarılıb.

Hər iki kənddə məhv olmuş meşə yerində fındıq bağları salınacağı deyilib.

Sakinlər meşələrdə olan nadir ağacların da tələf olduğunu deyib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi məsələ ilə bağlı Toplum Tv əməkdaşının informasiya sorğusunu cavablandırıb.

Nazirlik 2017-ci ildə  Azərbaycan Respublikasının Meşə Məcəlləsinə edilən
dəyişikliyə əsasən açıq meşə sahələrinin icarəyə verilməsi tam
qanunamüvafiq olduğunu və işlərin Milli Meşə Proqramı çərçivəsində aparıldığını deyir:
"Meşə ərazilərinin açıq sahələrinin aqrobağların və sənaye əhəmiyyətli meşələrin salınması hesabına genişləndirilməsi davam edir".

Nazirlikdən bildirilib ki, yaxın günlərdə Oğuz rayonunun Calud kəndindinin yanğına məruz qalmış meşə sahələrində ağaclar əkiləcək, ərazilərə meşəcinsli ağac toxumları səpiləcək.
 
Hazırladı:
Vüsal Süleymanov
Uğur Fərzəlisoy