10:35, 20 Fevral 2019 (Çərşənbə) 387

Sanders yenə prezident olmaq istəyir

Sanders yenə prezident olmaq istəyir
2016-cı ildə demokratların prezidentliyə namizədi ola bilməmiş senator Bernie Sanders 2020-ci ildə bir daha seçkidə bəxtini sınamaq istəyir. 

Sanders bu haqda fevralın 19-da verdiyi müsahibədə danışıb.

Demokratlarla birgə işləyən müstəqil Sanders Vermont İctimai Radiosuna (VPR) müsahibəsində gələnilki seçkiyə gedəcəyini deyib. O, respublikaçı prezident Donald Trampın vəzifədən kənarlaşdırılması üçün "çox fərqli kampaniya” vəd edib.

"Hazırda Ağ evi tutmuş şəxs ölkəmiz üçün utanc yeridir. O, patoloji yalançıdır, irqçidir, seksistdir, homofob, ksenofobdur, azlıqlar, sənədsiz mühacirlərdən istifadə edərək ucuz siyasi qazanc əldə etməyə çalışan biridir”, – o deyib.

Gələn il Trampa qarşı bir çox demokratlar mübarizə aparmağı planlaşdırır. Sanders də artıq onların cərgəsinə qoşulur.

Prezidentliyə namizəd olmaq istəyənlər sırasında senatorlar Cory Buker, Kamala Harris, Emi Klobuchar və Elizabet Uarren var.

Vermont İctimai Radiosu senatorun rəsmi kampaniya elanını onlayn video vasitəsilə verəcəyini bildirib.

Azadlıq Radiosu