Dünya

Sarkisyan həbs oluna bilər

13 Yanvar, 2020
487
Ermənistanın istintaq komitəsi hesab edir ki, keçmiş prezident Serj Sarkisyanın cinayət işi ilə bağlı əldə edilən sübutlar, ittiham aktı hazırlamaq və işi məhkəməyə göndərməyə kifayətdir.

Bunu bu günlərdə AzadlıqRadiosu-nun erməni xidmətinə, istintaq komitəsinin sözçüsü Marina Oqancanyan deyib.

O, bu barədə Sarkisyan və vəkillərə məlumat verildiyini , işlə tanış olmaq üçün artıq materialların müdafiə tərəfinə təqdim edildiyini qeyd edib.

Sarkisyan milyon dollardan artıq dövlət vəsaitinin oğurlanmasının təşkilində ittiham olunur və ölkədən çıxmaması barədə qətimkan tədbiri seçilib.

Bu işlə bağlı "Fleş” şirkətinin prezidenti Barseq Beqlaryan da məsuliyyətə cəl olunub.

Söhbət 2013-cü ildə kəndlərin yanacaqla təmin edilməsi üçün ayrılmış subsidiyalardan gedir.

Amma Sarkisyan ittihamı rədd edir.

Onun üzv olduğu keçmiş hakim Respublika partiyası məsələnin siyasi motivli olduğunu iddia edir.

Beqlaryan da ittihamı rədd edir.

Qeyd edək ki, Ermənistanın keçmiş prezidenti Robert Koçaryan da hazırda həbsdədir.

O isə 2008-ci ildə Ermənistanda keçirilən etiraz aksiyasını zorakılıqla dağıtmaqda, konstitusyon qurluşu devirməkdə və korrupsiyaçılıqda ittiham olunur.

Həmin hadisələr zamaqnı azı 11 nəfər ölmüşdü.

Həmin vaxt ondan sonra prezident seçilmiş Serj Sarkisyan da bu işlə bağlı ifadə verib.

Aksiyaçılar həmin vaxt seçkinin nəticələrinin saxtalaşdırılmasına etiraz edirdilər.

Koçaryanla Sarkisyan əslən Azərbaycanın separatçı bölgəsi Dağlıq Qarabağdandılar.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo