Dünya

Sarkisyanın işi məhkəməyə göndərilib

29 Yanvar, 2020
553
Ermənistan Baş Prokurorluğu yanvarın 29-da ölkənin üçüncü prezidenti Serj Sarkisyana qarşı ittihamnaməni təsdiqləyərək məhkəməyə göndərib. 

AzadlıqRadiosunu xəbər verir ki, Sarkisyanın adı keçmiş kənd təsərrüfatı naziri Serqo Karapetyan, sahibkar Barseq Beqlaryan, kənd təsərrüfatı nazirinin keçmiş müavini Samvel Qalstyan, bitkiçilik idarəsinin keçmiş rəisi Qevorq Arutyunyanın ittiham olunduğu işdə keçir.
 
Sarkisyan yarım milyard dramlıq (1 milyon dollardan artıq) dövlət vəsaitini oğurlamaqda ittiham olunur. İstintaq onun sxemin təşkilatçısı olduğunu güman edir. Sxem çərçivəsində fermerlərə dizel yanacağı üçün subsidiya ayrılıb. 

Keçmiş prezident və digərlərinə mənimsəmə, yaxud israfçılıq ittihamı irəli sürülüb. Bu maddədə dörd ildən səkkiz ilədək həbs nəzərdə tutulub, əmlakı da müsadirə oluna bilər.

Sarkisyan ittihamları rədd edir. Vəkilləri keçmiş prezidentin siyasi təqibə məruz qaldığını bildirirlər.

Serj Sarkisyan iki müddətə, 10 ildən artıq Ermənistan prezidenti olub. O, hakimiyyəti əlində saxlamaq məqsədilə 2015-ci ildə Konstitusiyaya dəyişiklik edib və ölkədə hakimiyyət tamamilə baş nazirin səlahiyyətinə keçib.

Sarkisyan əvvəlcə baş nazirliyə namizədliyi verməyəcəyini desə də, vədini pozub. 2018-ci ilin aprelində parlament onu baş nazir postuna təsdiqləyib. Ancaq bu qərar ölkədə kütləvi etirazlara səbəb olub.

Kütləvi etirazlar nəticəsində istefa verən Sarkisian "səhv etdiyini” bildirib. Rəhbərlik etdiyi Respublikaçı partiyası yeni seçkilərdə parlamentə düşə bilməyib, Nikol Pashinyanın başçılıq etdiyi müxalifətə uduzub.

Narek Sarkisyan Çexiyadan Ermənistana ekstradisiya olunur, 21 dekabr, 2019-cu il

Paşinyan hakimiyyətə gələndən sonra Sarkisian-ın bir çox qohumları və məsləkdaşlarına cinayət işi başladılıb.

Hazırda eks-prezidentin qardaşı Aleksandr Sarkisyanın ikinci oğlu Ayk Sarkisyan adam öldürməyə cəhddə ittiham olunur, zaminə buraxılıb.

Sarkisyanın ikinci qardaşı Levon Sarkisyan vergidən yayınmada, qanunsuz varlanmada ittiham olunur, axtarışa verilib.

Onun oğlu Narek isə bu yaxınlarda Çexiyadan Ermənistana ekstradisiya olunub. Ona qanunsuz silah saxlamaq və dövriyyəyə buraxmaq, eləcə də sursat və narkotik maddə saxlamaq ittihamları irəli sürülüb.

Levonun qızı Aniyə də atasınkı kimi ittihamlar mövcuddur, heç yerə getməməklə bağlı iltizamı alınıb.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo