22:46, 20 Sentyabr 2019 (Cümə) 845

Saxlanılan AXCP fəalları sərbəst buraxılıb

Saxlanılan AXCP fəalları sərbəst buraxılıb
Bu gün, sentyabrın 20-də Gəncədə partiya müşavirəsini keçirən və polis tərəfindən saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvləri sərbəst buraxıldılar. 

Bu barədə Turan İnformasiya Agentliyi məlumat verib.

Partiyanın Gənclər Komitəsinin sədri Emil Səlimov bildirdi ki, saat təxminən 25 nəfər partiya üzvləri çayxanada oturanda onlara polis əməkdaşları yaxınlaşaraq İdarəyə dəvət etdilər: "Bizdən toplaşmaq üçün İcra Hakimiyyətinin icazəsi olub-olmadığını, toplaşmağımızın səbəbini soruşdular. 4 saatdan sonra isə protokol yazaraq, sərbəst buraxdılar".

Sentyabrın 20-də Gəncədə polis Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəallarının keçirdiyi müşavirənin iştirakçılarını saxlayıb.

20-25 nəfərə yaxın yerli fəal, həmçinin Bakıdan onlarla görüşə gələn AXCP Gənclər Komitəsinin rəhbəri Emil Səlim və komitənin digər üzvü Niyaməddin Əhmədov Gəncə Şəhər Polis İdarəsinə aparılıblar.