19:49, 19 Sentyabr 2019 (Cümə axşamı) 64

Şəhid ailələri və müharibə əlillərinə mənzillər verilib

Şəhid ailələri və müharibə əlillərinə mənzillər verilib
Sentyabrın 19-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid ailələri və müharibə əlillərinə mənzilləri təqdim edib.

Bu barədə nazirlik məlumat yayıb.

Məlumata görə, verilən evlər Abşeron rayonunun Saray qəsəbəsində 20, Digah qəsəbəsində 12, "Göy Qurşağı” kompleksində 22, Binəqədi rayonundakı "Gənclər şəhərciyi” kompleksində 9, Astara rayonunda 1 mənzili (ümumilikdə 64 mənzili) yeni yaşayış binalarında yerləşir.

Arayışa görə, şəhid ailələri və müharibə əlillərinə 2018-ci ildə 626 mənzil, bu il 174 mənzil verilib. İndiyədək şəhid ailələri və müharibə əlilləri nazirlikdən 6828 mənzil alıb.