14:07, 24 Sentyabr 2019 (Çərşənbə axşamı) 650

Şəhid Ramin Abdulrəhmanov dəfn edilib

Şəhid Ramin Abdulrəhmanov dəfn edilib
Azərbaycan Ordusunun şəhid əsgəri Ramin Şövkət oğlu Abdulrəhmanov sentyabrın 24-də Quba şəhər qəbiristanlığında dəfn olunub.

Əsgər sentyabrın 22-si cəbhə zonasında yerləşən hərbi hissədə yolu azaraq mövqelər arasındakı əraziyə keçib. Həmin ərazidə ermənilər onu vurublar.

Ramin Abdulrəhmanovun meyiti təmas xəttindən sentyabrın 23-də götürülüb. Əməliyyat Beynəlxalq Qızıl Xaç Komitəsi nümayəndələrinin iştirakı ilə baş tutub.