15:15, 15 Oktyabr 2020 (Cümə axşamı) 60

Səhiyyə Nazirliyi Bakı məktəblərində monitorinq keçirir

Səhiyyə Nazirliyi Bakı məktəblərində monitorinq keçirir
Səhiyyə Nazirliyinin işçi qrupunun üzvləri məktəblərdə monitorinq keçirib.

Bakı şəhər Baş Səhiyyə İdarəsi, Ambulator-poliklinik xidmətin təşkili sektorunun müdiri Esmira Hacıyeva onlayn müsahibəsində bu barədə məlumat verib.

Onun sözlərinə görə, monitorninq Yasamal, Nəsimi, Binəqədi, Nərimanov rayonlarında fəliyyət göstərən məktəblərində aparılıb.

Esmira Hacıyeva bildirib ki, aparılmış yoxlamaların nəticəsində məktəblərin tibb heyətləri və eyni zamanda xidməti ərazi uşaq poliklinikaları tərəfindən tibbi xidmətin göstərilməsinin gücləndirilməsi məqsədilə əlavə olaraq həkim pediatrlar və tibb bacıları cəlb edilib.

Esmira Hacıyeva məktəblərdə hər gün aparılan müayinələrdən də danışıb. 

O, məktəbə gələn hər bir şagird və müəllimə termometriya aparılması, hərarət aşkar olunduğu halda həmin şəxsin xüsusi ayrılmış karantin otağına aparılıb, yerləşdirildiyini bildirib. 

Onun sözlərinə görə, COVID-19 xəstəliyinin geniş yayılmasının qarşısının alınması məqsədilə aparılan işlər üzrə uşaq səhiyyə və təhsil müəsissələrinin rəhbərlikləri arasında qarşılıqlı sıx əlaqəli iş təşkil edilib:

"Aparılmış yoxlamalar nəticəsində məktəblərin tibb məntəqələrinin iş prosesində yaranan bir sıra çətinliklərin mövcüdluğu aşkar edilməsi haqqında danışan Esmira Hacıyeva, onların tezliklə aradan qaldırılması istiqamətində tapşırıqların verilməsi və tibb müəssisələrinin rəhbərliklərinin nəzərinə çatdırılmasını vurğulayıb”.