Siyasət

"Səhiyyədə "onun-bunun adamı"na yox, savadlı kadrlara ehtiyac var" - Deputat

20 May, 2019
708
Adil Qeybulla: "İnsanlarda Azərbaycan səhiyyəsinə güvən yoxdur"

Dövlət Statistika Komitəsi (DSK) 2019-cu ilin yanvar-aprel aylarında Azərbaycandan xaricə gedənlərin sayını açıqlayıb. 

Qurumun mayın 17-də yaydığı məlumatda bildirilir ki, ölkə vətəndaşlarının 39,2 faizi İrana, 27,2 faizi Gürcüstana, 18,3 faizi Rusiya Federasiyasına, 9,7 faizi Türkiyəyə, 5,6 faizi isə digər ölkələrə gedib.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 79,7 , Gürcüstana gedənlərin sayı 10,6, Rusiya Federasiyasına gedənlərin sayı 6 , Türkiyəyə gedənlərin sayı isə 1,2 faiz artıb.

Ekspertlər son bir ildə İrana gedən Azərbaycan vətəndaşlarının sayının kəskin artmasını heç də təsadüf saymırlar. 

Onların fikirincə,  həmin insanların bir hissəsi  İrana müalicə və ziyarət məqsədi ilə gedir.

Deputat Fazil Mustafa Toplum.Tv-yə açıqlamasında İrana müalicəyə gedən vətəndaşlarla bağlı məsələni şərh edib. 


Fazil Mustafa
 
Onun sözlərinə görə, Azərbaycanda səhiyyə sahəsində mühüm problemlər var: "Azərbaycanda səhiyyə problemi həmişə olub. Ən anınacaqlısı isə odur ki, insanların sağlamlıq məsələsi ilə hər hansı bir irəliləyiş əldə etməmişik. Ona görə bu kimi məsələlərlə bağlı cəmiyyətdə müəyyən dəyişikliklər etmək lazımdır. Səhiyyədə  kadr hazırlığı aşağı səviyyədədir. Son dövrlərdə  icbari tibbi sığortaya keçməklə bağlı struktur dəyişiklərinə baş qarışıb. Amma çalışmaq lazımdır ki, bu qarışılıq vətəndaşların sağlamlığına təsir etməsin. Bəli, səhiyyədə ciddi problemlər var və bu problemləri aradan qaldırmaq üçün müəyyən tədbirlər görmək lazımdır”.

Deputat qeyd edir ki, səhiyyə ilə bağlı məsələni ciddi müzakirəyə ehtiyacı var: "Artıq səhiyyədə insanları "bu onun adamıdır, o bunun adamıdır" deyə vəzifəyə gətirməyə son qoymaq lazımdır. Yəni "onun-bunun adamına" yox, savadlı kadrlara ehtiyac var". 

Tibb eksperti Adil Qeybulla Toplum.Tv-yə bildirib ki, əhalinin İrana üz tutmasının əsas səbəbi orada müalicənin daha ucuz başa gəlməsidir: "Dünyann hər yerində xəstələrin miqrasiya məsələsi var, amma Azərbaycanda bu daha çoxdur. İnsanların müalicə üçün başqa ölkələrə, xüsusən də İrana üz tutmasının bir çox səbəbləri var. Bu səbəbərdən biri də İranda infilasiya baş verdiyi üçün orda müalicə daha ucuz başa gəlir. Azərbaycanda isə insanlar günü-gündən kasıblaşır və  buna görə də müalicə üçün İrana üz tuturlar". 


Adil Qeybulla 
 
"Başqa bir səbəb isə insanlarda Azərbaycan səhiyyəsinə güvənlərinin olmamasıdır. İnsanlar burada aldığı müalicədən nəticə görmədiyi üçün başqa ölkələrə üz tutur. Son dövrlərdə səhiyyədə mddi-texniki bazanın artırılması üçün müəyyən addımlar atılıb. Amma bu səhiyədəki problemlərin tamamilə həlli deyil. Səhiyyənin vəziyyətinin yaxşılşdırılması üçün icbari tibbi sığorta olmalı və səhiyyə sahəsindəki islahatlar sona çatdırlmalıdır", - ekspert bildirib. 

Lalə Tağızadə

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo