13:16, 28 Noyabr 2019 (Cümə axşamı) 264

Şəhla Hümbətovanın Vəkillər Kollegiyasından çıxarıldığı bildirilir

Şəhla Hümbətovanın Vəkillər Kollegiyasından çıxarıldığı bildirilir
Vəkil Şəhla Hümbətovanın Vəkillər Kollegiyasından çıxarıldığı bildirilir. Məlumata görə, bu barədə qərar, kollegiyanın noyabrın 28-də keçirdiyi iclasda qəbul edilib.

Xəbəri Meydan Tv yayıb.

İclas haqqında kollegiyanın yaydığı rəsmi açıqlmada Şəhla Hümbətova ilə bağlı heç nə deyilməsə də, bir sıra intizam məsələlərinə baxıldığı qeyd olunub.

Vəkil Şəhla Hümbətova Meydan TV-ə bu barədə məlumatlı olmadığını deyib:

"Məlumatı dəqiqləşdirməliyəm. Kollegiyanın sədri Anar Bağırovla görüşdükdən sonra açıqlama verəcəm”, - Şəhla Hümbətova deyib.

Şəhla Hümbətova 2018-ci ilin iyununda Gəncədə baş verən hadisələrlə bağlı həbs edilən bir neçə şəxsin vəkili olub.