11:09, 16 Oktyabr 2020 (Cümə) 152

Səid Xatibzadə: “Qarabağdan İran ərazisinə düşən bombalara görə cavab veriləcək”

Səid Xatibzadə: “Qarabağdan İran ərazisinə düşən bombalara görə cavab veriləcək”
İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi Səid Xatibzadə Dağlıq Qarabağdan İran ərazisinə raket düşməsinə görə cavab tədbirləri görüləcəyini deyib. "Lenta.ru"nun xəbərinə görə, bu barədə İslam Respublikasının Telegram-kanalında məlumat verilib. 

Xatibzadə deyib ki, bu "tamamilə qəbuledilməz" hadisəyə İran etinasız qalmayacaq: "Sərhəd rayonlarında yaşayan İran vətəndaşlarının təhlükəsizliyini təmin etmək bizim hərbi qüvvələrimiz üçün prioritetdir".


İranın "IRIB" saytının 14 oktyabr tarixli məlumatına görə, həmin gün Dağlıq Qarabağdakı münaqişə zonasından İranın yaşayış məntəqələrinə 8 raket düşüb, nəticədə bir neçə evə ziyan dəyib, bir nəfərsə yaralanıb. Münaqişə ərzində İran ərazisinə ümumilikdə 50 raket və bomba düşüb. İran Bakı və Yerevana məsələ ilə əlaqədar rəsmi etiraz notaları verib.