Sosial

Şəki zəlzələsinin dağıntı kompensasiyası ödənmir

22 Noyabr, 2018
1112
Evlərinin dayağı təkcə bu dirəklər olan ailə Şəki kənd sakinləridir. 3 ildir Qayabaşı kənd sakinləri zəlzələnin törətdiyi fəsalarla baş-başa yaşayır: "Zəlzələdə bina qabağa gəldi. Bu dirəkləri də özümüz müvəqqəti olaraq qoymuşuq”. 2015-ci ildəki 6 ballıq titrəyişdən sonra tikinti-bərpa işlərinə dövlətin 2 milyon manat ayırdığı kəndlərdən biridir Qayabaşı.

O vaxtı Şəkidə onlarla ev zədələnmiş, bir sıra tikililər isə tamamən sıradan çıxmışdı. Maliyyə ayrıldı, evlərin bir çoxu bərpa edildi, amma hamı üçün yox. Cəfərovlar dövlət yardımını indiyə kimi ala bilməyiblər. "İcra Hakimiyyəti deyir ki, bizim o qədər vəsaitimiz yoxdur ki, sizə kömək edilsin. Axı, vəsait ayırılıb. Televizor bütün gün bar-bar bağırır ki, hörmətli prezidentimiz bu qədər vəsit ayırıb evlər üçün.

Sabah bu evdə uçub gedəcək. Külək əsən zaman uşaq ağlayır: "Ana, külək əsir, gəl çıxaq evdən”. Çıxıb haradasa məskunlaşırıq ki, külək dayansın, sonra qayıdaq. Yağış yağır, bütün su eyvanın altında gedir”-Qayabaşı kənd sakini Xatirə Cəfərova deyir. Bu uçuq-sökük evə sığışan yalnız qadınlar və uşaqlardır.

Kənddə işizlik olduğundan kişilər Bakıya üz tutub: "Yoldaşım 3-cü qrup əlildir. Gedib, Bakıda kiminsə meyvəsini satır, çörək pulu qazanmaq üçün. Onu da ancaq uşağın yeməyinə, kommunala xərcləyirik". Ailənin nəinki evi bərpa etməyə, heç dolanmağa vəsaiti yetmir. Odur ki, bu 3 ildə dövlət qurumlarından xəbər gözləyiblər.

Şəki Rayon İcra Hakimiyyətindən gələn sonuncu məktubda məsələnin həllinin mümkün olmadığı yazılıb. İcra nümayəndəsi dövlət tərəfindən ayrılan vəsaitə aid tədbirlər planın başa çatdığını qeyd edib. "Müraciət edənlər, hamısı qeydiyyata düşüblər. Yəqin bu vətəndaşlar gecikib, vaxtında müraciət etməyiblər”-Şəki rayon İcra Hakimiyyətinin şöbə müdiri Daşqın Mikayov deyir. "Zəlzələ vaxtı da getmişdik İcra Hakimiyyətinə. Elə deyirlər, gecikmisiniz. (Mətbəx şkaflarının üstündən tutduqları örtüyü göstərir) Bunu qoymuşuq ki, damdan torpaq töküləndə qab-qaşığımız batmasın. Mətbəxdir də bura. Heç bir köməkliyimiz yoxdur. Zəlzələdən köməklik olmadı bizə”, - Xatirə Cəfərova danışır.

Fövqəladə Hallar Nazirliyindən zənglərimizə cavab verən olmadı. Fəsadları aradan qaldırmayan yeganə təbii fəlakət Şəki zəlzələsi deyil. 2010-cu ildə Kür-Araz daşqınlarından sonra zərər görən vətəndaşlar hələ də kompensasiyalarını ala bilmirlər. 2012-ci ildə Qax-Zaqatala bölgəsində baş verən zəlzələdən zərərçəkənlər də kompensasiyaların tam ödənilmədiyini deyir.

Meydan Tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo