18:02, 21 İyun 2019 (Cümə) 123

Şəkinin tarixi mərkəzi Dünya İrsi Siyahısına daxil edələcək

Şəkinin tarixi mərkəzi Dünya İrsi Siyahısına daxil edələcək
Bakıda YUNESKO-nun Dünya İrsi Komitəsinin 43-cü sessiyasında Dünya İrsi Siyahısına daxil edilməsi üçün 36 ərizəyə baxılacaq.

İclas 30 iyun - 10 iyul tarixləri arasında Azərbaycanın mədəniyyət naziri Əbülfəz Qarayevin sədrliyi altında keçiriləcək.

Yeni obyektlərə baxış iyulun 5-də başlayacaq. Bir sıra təbii obyektlərin və mədəniyyət obyektlərinin, o cümlədən Azərbaycanın Şəki şəhərinin tarixi mərkəzinin Xan Sarayı ilə birlikdə Dünya İrsi Siyahısına daxil edilməsi təklif edilir.

Bundan başqa, qarşıda duran sessiyada Komitə Dünya İrsi Siyahısına daxil edilmiş 166 obyektin və təhlükə altında olan 54 obyektin vəziyyətinin təhlilini aparacaq.

Dünya İrsi Komitəsi ildə bir dəfə toplanır və Dünya Mədəni və Təbii İrsinin Mühafizəsi haqqında Konvensiyanın iştirakçısı olan 21 ölkənin Baş Assambleya tərəfindən seçilmiş nümayəndələrindən ibarətdir. Komitə Dünya İrsi haqqında Konvensiyanın həyata keçirilməsinə görə cavabdehdir.

Dünya İrsi Siyahısına hazırda dünyanın 167 ölkəsində 1092 obyekt daxildir.

Turan İA